Bakıda qadın evində sevgilisinin qanını tökdü - Təfərrüat

08.11.2019 12:32

Bakıda sevgilisini bıçaqlamaqda təqsirli bilinən 1991-ci il təvəllüdlü Günay Novruzovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Cavid Hüseynovun icraatına verilib. Yaxın günlərdə bu qalmaqallı cinayət işi üzrə məhkəmə prosesi başlanacaq.

İttihama görə, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib. Bu il iyulun 7-də, günorta 14.30-da qəsəbənin İkinci massiv adlanan ərazisində yeni tikilidə yaşayan 1991-ci il təvəllüdlü Günay Novruzova Abşeron rayon sakini 1989-cu il təvəllüdlü Mətləb Məhərrəmovu bıçaqlayıb.

Mətləb Məhərrəmov xəstəxanaya aparılıb. Ona qarın nahiyəsinə nüfuz edən bıçaq xəsarəti diaqnozu qoyulub. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Məlum olub ki, hadisə qısqanclıq zəminində baş verib. Belə ki, Günay Novruzova Mətləb Məhərrəmov ilə vətəndaş nikahında bir yerdə yaşayıblar. Hadisə baş verən günü Mətləb Məhərrəmov Günaydan ayrılmaq istəyib. Bundan əsəbləşən Günay bıçağa əl atıb. Sonda qanlı cinayət baş verib.

İstintaq orqanı tərəfindən Günay Novruzovanın barəsində Cinayət Məcəlləsinin 126-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib./teleqraf

© xezerxeber.az


102 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR