Ronaldoya ÇILĞIN TƏKLİF: qəbul etsə, tarixə düşəcək

23.10.2019 10:45

Amerikanın sərmayə şirkəti portuqaliyalı ulduz Kristiano Ronaldoya çılğın təklif göndərib.

Adı açıqlanmayan şirkət Ronaldonun instaqram hesabını 1 illiyə icarəyə götürmək istəyir.

Qarşılığında isə 100 milyon avro təklif olunub.

ABŞ mətbuatı Ronaldonun təklif üzərində düşündüyünü yazıb.

Qeyd edək ki, Ronaldonun instaqram hesabında 187 milyon izləyicisi var. O, ötən il 34 sponsorlu paylaşım edib və hər bir post üçün 780 min funt-sterlinq qazanıb.

Portuqaliya ulduzu bu təklifi qəbul etsə, instqaramdan ən çox gəlir əldə edən şəxs olacaq./publika.az

© xezerxeber.az


122 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR