İspaniyalı dietoloqlar "hər şeydən, amma az-az yemək olar" fikrini alt-üst ediblər.
XəzərXəbər Sputnik Azərbaycan-a istinadla bildirir ki, La Vanguardia mütəxəssislərdən hansı qidaların ümumiyyətlə rasiondan çıxarılmalı olduğunu öyrənib.
Beləliklə, mütəxəssislərin fikrincə, orta və uzun perspektivdə rafinə edilmiş un orqanizmə ziyan vura bilər. Çünki o, qanda şəkərin qəfil artıb-azalmasına səbəb olur. Kastelyonda "Qasma" məktəbinin professoru, dietoloq Pilar Eskerin sözlərinə görə, bu, diabetin yaranmasına rəvac verir.
"Emal zamanı dənin tərkibindəki liflər və digər qida maddələri xaric edilir, bundan başqa, rafinə edilmiş məhsulların qlikemik indeksi çoxdur, ona görə də onların qida dəyəri aşağıdır", - dietoloq Mariya Merino əlavə edib.
Ekspertlər rafinə edilmiş un əvəzinə tam taxıl unundan hazırlanan məhsullara üstünlük verməyi məsləhət görürlər.
Dietoloqlar deyirlər ki, kolbasa məhsullarından da uzaq durmaq gərəkdir, çünki onların tərkibinin yarısını əlavələr, bitki və heyvan mənşəli nişasta və digər maddələr təşkil edir.
Yağsızlaşdırılmış süd məhsulları da məsləhətli deyil. Dietoloqlar Harvard Universitetinin alimi Devid Lüdviqin araşdırmasını əsas gətirərək belə məhsulların bir qayda olaraq daha çox şəkər ehtiva etdiyini və qida dəyərinin aşağı oldğunu bildirirlər.
Bunlardan başqa, qablaşdırılmasının üzrəində "aşağı kalorili", "zero", "şəkərsiz" yazılan məhsullardan, eləcə də alkoqol və təkrar emal edilmiş ətdən imtina etmək tövsiyə olunur.
Azərbaycanda dəhşətli cinayət - Arvadını yatdığı yerdə öldürdü
Qeyri-müntəzəm sərnişin avtobuslarında gediş haqqı bahalaşdı - VİDEO
Azərbaycanda MÜHÜM YENİLİK: Bundan sonra sürücülərin... - VİDEO
Gürcüstan prezidenti: NATO Qafqaza daha çox diqqət ayırmalıdır
Hərbçilərin maaşı niyə azaldılıb? - Maliyyə Nazirliyi açıqladı
Baş Nazirdən yeni qərar - Bu şəxslərə kompensasiya ödəniləcək
Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib - FOTO
Bu evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Könüllü gedənlər nə vaxt qayıdacaq? - Müdafiə Nazirliyindən açıqlama
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB