Erkan Özoral: Qardaş ölkə Azərbaycanın yaşıllaşdırılması üçün hərəmiz bir ağac əkdik

19.10.2019 15:16

Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyasında iştirak etmək mənim üçün çox xoşdur. Qardaş ölkə olan Azərbaycanın yaşıllaşdırılması üçün hərəmiz bir ağac əkdik.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral söyləyib.

"Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə təşkil olunan bu tədbirdə 200 ağac əkdik. Çox gözəl təşəbbüsdür. İldə hər kəsin bir ağac əkməsi çox vacibdir. Biz ağac əkirik ki, gələcək nəsillərə qalsın”, - deyə səfir bildirib.

Səfir qeyd edib ki, dünən Ankarada Azərbaycanın Türkiyədəki səfirliyinin nümayəndələri də ağacəkmə aksiyasında iştirak ediblər. Orada da 200 ağac əkilib. Ağacəkmə ətraf mühit və ekologiyanın qorunması baxımından çox əhəmiyyətlidir.

© xezerxeber.az

FOTOQALERIYA






122 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR