Bakı-Quba yolunda minik avtomobili yük maşınlarının arasında qaldı: ÖLƏNLƏR VAR

10.10.2019 13:27

Bakı-Quba yolunda ağır yol qəzası baş verib.

XəzərXəbər APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun 52-ci kilometrliyində (Xızı rayonu ərazisindən keçən hissəsində) qeydə alınıb. İkisi yük, biri minik avtomobili olmaqla üç avtomobil toqquşub.

Qəza nəticəsində minik avtomobili yük maşınlarının arasında qalıb. Nəticədə minik maşınında olan 3 nəfər hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


132 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR