“Xəzəri qoruyaq” şüarı altında təmizlik aksiyası keçirilib - VİDEO

21.09.2019 18:49

Sentyabrın 21-də Buzovna çimərliyi ərazisində "Xəzəri qoruyaq” şüarı altında təmizlik aksiyası keçirilib.

Xezerxeber.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "ASAN xidmət", Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və "Coca-Cola” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən aksiya zamanı sahilyanı ərazi tullantılardan təmizlənib.

Yüzlərlə iştirakçının qoşulduğu bu tədbirin keçirilməsində məqsəd ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ etməkdir.

Hər il sentyabrın 21-də dünyanın 100-dən çox ölkəsində təşkil olunan təmizlik aksiyalarında on minlərlə insan könüllü olaraq sahilyanı əraziləri tullantılardan təmizləyir. Azərbaycanda Beynəlxalq Sahilyanı Təmizlik Günü 9 ildir qeyd olunur. Beynəlxalq Sahilyanı Təmizlik Günü su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı aksiyadır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






682 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR