Çempionlar Liqasında həftənin oyunçusu bəlli olub

20.09.2019 14:47

Çempionlar Liqasında qrup mərhələsinin I turunun ən yaxşı futbolçusu müəyyənləşib.

Xezerxeber.az-ın məlumatına görə, həftənin oyunçusu mükafatına "Zalsburq”un futbolçusu Erlinq Braut Haaland layiq görülüb.

19 yaşlı hücumçu UEFA-nın keçirdiyi səsvermədə hamını qabaqlayıb. Buna onun "Genk”lə qarşılaşmada het-trik etməsi rol oynayıb. Hücumçu bütün qolları ilk 45 dəqiqədə vurub.

Qeyd edək ki, "Zalsburq” ev oyununda 6:2 hesabı ilə qələbə qazanıb.

© xezerxeber.az


135 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR