Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Rusiyada azərbaycanlıların olduğu mikroavtobus qəzaya uğradı: ölənlər var

20.09.2019 10:30

Dağıstanın Qayakənd rayonunun "Kavkaz” federal avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə zamanı "Lada Qranta” və "Hyundai Solaris” markalı avtomobillər Azərbaycan dövlət nömrə nişanlı mikroavtobusla toqquşub.

Qəza nəticəsində iki nəfər ölüb, 10 nəfər yaralanıb. Yaralılar Qayakənd xəstəxanasına çatıdırılıb. Ölənlər 1993-cü il təvəllüdlü Axtın və 1994-cü il təvəllüdlü Qayakənd sakinləridir.

Yaralılar arasında üç Azərbaycan vətəndaşı da var.

İlkin ehtimallara görə, hadisə "Hyundai Solaris” avtomobilinin əks yola çıxması nəticəsində baş verib.

© xezerxeber.az


147 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR