Conson yalançıdır: Britaniyada ara qarışdı

16.09.2019 15:11

Böyük Britaniyanın keçmiş baş baziri Devid Kemeron memuarında hazırki hökumət başçısı Boris Consonu sərt tənqid edib.

Kemeronun memuarının sentyabrın 19-da ictimaiyyətə təqdim olunacağı bildirilir. Kemeron Consonu yalançı adlandırıb vəzifə pərəstlikdə suçlayıb.

Vaxtilə Boris Consonun "Brexit"i dəstəkləmədiyini xatırladan Kemeron qeyd edib ki, şəxsi karyerasının davam etməsi üçün "Brexit"i dəstəkləyir: "Referendum ərəfəsində Consonla görüşdüm və ona mühafizəkarların dəstəyi olaraq müdafiə naziri vəzifəsini təklif etdim. Ancaq o imtina etdi, az sonra yaxın dostu Maykl Qouvla birlikdə "Brexit"in xeyrinə kampaniyaya başladı"./Teleqraf.com

© xezerxeber.az


187 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR