Saatlı sakinlərindən narkotik maddə götürülüb

16.09.2019 14:48

Saatlı rayonunda külli miqdarda narkotik maddə aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Saatlı rayonu Əliabad kənd sakini Aləm Heydərov polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib. Şöbədə onun üzərində şəxsi axtarış keçirilən zaman ümumi çəkisi 130 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs narkotik vasitəni həmkəndlisi Emin Səmədovdan əldə etdiyini bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq E.Səmədovun işlədiyi fermer təsərrüfatına baxış keçirilib, bu zaman oradan iki ayrı-ayrı sellofana bükülmüş ümumi çəkisi 3 kiloqram 390 qram olan qurudulmuş marixuana və 4 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

© xezerxeber.az


97 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR