Gəzinti gəmisi çayda batdı: 12 ölü, 35 itkin - VİDEO

16.09.2019 14:51

Hindistanın cənub-şərqindəki Andra Pradeş əyalətində gəzinti gəmisi batıb.

Hadisə nəticəsində 12 nəfər ölüb, 35 nəfər itkin düşüb.

Əyalətin Daxili işlər naziri M. Suçarita 50 Hindistan vətəndaşının və 11 ekipaj üzvünün olduğu gəminin Godavari çayında batdığını bildirib. Onun sözlərinə görə, xilasedici jilet geyinən 12 nəfər balıqçılar tərəfindən xilas edilib.

Çayda axtarış-xilasetmə işləri davam edir./publika.az

© xezerxeber.az


141 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR