Balakəndə mənzil qarət edilib - 62 minlik ziyan - VİDEO

12.09.2019 20:11

Balakəndə evi qarət edən iki dost saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Gərəkli kəndində baş verib.

Kənd sakini Fazil İsmayılov Balakən rayon Polis İdarəsinə məzilinin qarət olunduğunu və ona məxsus külli miqdarda qızıl və pul oğurlandığı barədə məlumat verib. Aparılan əməliyyat istintaq tədbirləri zamanı hadisəni Gərəkli kənd sakinləri Nurlan Alqayev və tanışı Abdulla Abdullayevin törətdiyi məlum olub.

Onlar vətəndaşın məzilinə pəncərədən daxil olmaqla, oradan 50 min rus rubulu, 300 Gürcüstan larisi, 50 avro, 20 ABŞ dolları və 1200 qram çəkidə qızıl-zinət əşyalarını oğurlamaqla, Fazil İsmayılova ümumilikdə 61 min 656 manat maddi ziyan vurublar.

Faktla bağlı Balakən rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






119 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR