Bu şəxslərin də maaşları artırılır - Baş nazirdən qərar

12.09.2019 12:29

Dövlət Miqrasiya Xidmətinin (DMX) xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının, xüsusi rütbəsi olan əməkdaşlarının vəzifə maaşlarına xüsusi rütbəyə görə əlavə haqqın məbləğləri təsdiqlənib.

XəzərXəbər-in məlumatına görə, bununla bağlı Baş nazir Novruz Məmmədov qərar imzalayıb.

Bununla da Nazirlər Kabinetinin2010-cu il 4 iyun tarixli 106-6 və 2018-ci il 12 aprel tarixli 146-9 nömrəli qərarları olunub.

Nazirlər Kabineti qərara alıb ki, 1 nömrəli əlavə ilə DMX-nin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayanmülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri təsdiq edilsin.

2 nömrəli əlavə ilə DMX-nin xüsusi rütbəsi olan əməkdaşlarının vəzifə maaşlarına xüsusi rütbəyə görə əlavə haqqın məbləğləri təsdiq olunub.

Qeyd edək ki, qərarlar Azərbaycan Prezidentinin 2019-cu il 18 iyun tarixli 1250 nömrəli Sərəncamının 2.2-ci bəndinə əsaslanır.

Bu qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir.

Xatırladaq ki, bu ilin iyunun 18-də Prezidentİlham ƏliyevDMX-nin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqındasərəncam imzalayıb.

Sərəncamlaqurumunxüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.

© xezerxeber.az


349 dəfə oxunub

XƏBƏRLƏR

17.09.2019 16:47

Ziynet Sali evləndi

ÇOX OXUNANLAR