Müəllim peşəsinə maraq artır - VİDEO

11.09.2019 20:05

Azərbaycanda 5 mindən çox müəllim 1000 manatdan yuxarı əməkhaqqı alır.

Xezerxeber.az-ın məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ötən müddətdə 150 mindən çox müəllim diaqnostik qiymətləndirmədən keçib və onların dərs yükü norması 1,5 dəfə, əməkhaqları isə 2 dəfə artırılıb.

Nazir əlavə edib ki, bunun nəticəsində bu il müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edənlərin sayı əvvəlki illərə nisbətən artıb, müraciət edənlərin sayı 55 mini ötüb. Ümumilikdə, son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub. Həmçinin bu il 500-dən çox bal toplayan abituriyentlərin 25 faizi müəllimlik ixtisasını seçib ki, bu da müəllim peşəsinə olan marağın bariz nümunəsidir.

Ceyhun Bayramov onu da əlavə edib ki, bu il ərzində işdə yol verdikləri nöqsanlara görə bəzi şəxslər tutduqları rəhbər vəzifələrdən kənarlaşdırılıb və onların əmək müqavilələrinə xitam verilib.

Nazir həmçinin bildirib ki, növbəti tədris ilindən başlayaraq ümumi təhsil müəssisələrinin 10-11-ci siniflərdə peşə təmayül sinifləri fəaliyyətə başlayacaq, müvafiq emalatxana və təcrübə sahələri yaradılacaq. Həmçinin növbəti tədris ilində ilk dəfə olaraq 6000-dən artıq şagird əhatə edilməklə məktəblərdə Təbiət elmləri, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın inteqrativ tədrisinə start veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






150 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR