Abşeron rayonunun Masazır qəsəbəsindən paytaxta, eyni zamanda əks istiqamətdə gedən sürücülər hər gün demək olar ki, tıxacda qalır. Əslində isə Bakı-Sumqayıt yoluna çıxan alternativ daha bir yol var. Bu yoldan istifadə etməklə sürücülər tıxacsız magistral yola çıxa bilərlər. Lakin yolun bərbad vəziyyətdə olması buna imkan vermir.
Xezerxeber.az-ın məlumatına görə, yol var, lakin istifadə edilmir.
Bu da Abşeron rayonunun Masazır qəsəbəsindən gələn və buradan keçən minlərlə sürücü üçün əlavə vaxt itkisi deməkdir. Halbuki qəsəbədə başqa bir yol da var.
Bakı-Sumqayıt yolu ilə Qurtuluş-93, o cümlədən Yeni Bakı yaşayış kompleksi məhəlləsini birləşdirən bu yol bir neçə ildir ki, mövcuddur. Alternativ yol kimi bəzi sürücülərin istifadə etdiyi bu yol təmir olunarsa, Bakı-Sumqayıt magistralı ilə Masazırı birləşdirən xətlərdə tıxac xeyli yüngülləşə bilər.
Məsələylə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat katibi Anar Nəcəfli "Xəzər Xəbər"ə bildirib ki, belə bir yol Agentliyin balansında mövcud deyil. Lakin sakinlər rəsmi müraciət etdikdən sonra Agentliyin mütəxəssisləri əraziyə baxış keçirə bilərlər. Yolun perspektivliyi öz təsdiqinə taparsa, təmir işləri aparıla bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
© xezerxeber.az
İran Fransaya "boş cəfəngiyatla" məşğul olmamağı məsləhət gördü
Nazirlik polietilen torbalarla bağlı sahibkarlara çağırış etdi
QMİ 20 Yanvar faciəsinin ildönümü ilə bağlı videokonfrans keçirdi
Azərbaycan Prezidenti: 2021-ci il də artıq qələbələrlə başlayır
“Atəşkəs davamlı olarsa..." - Çavuşoğludan Ermənistana ismarıc
Prezident: Azərbaycana investisiyalar daha böyük həcmdə gələcək
Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib - FOTO
Daha bir qazi yüksək texnologiyalı protezlə təmin edilir - FOTO
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB
Bu evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Könüllü gedənlər nə vaxt qayıdacaq? - Müdafiə Nazirliyindən açıqlama
Dağlıq Qarabağda erməni əhalisinin sayı: işğala qədər və sonra
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB