Həsən Ruhani: İran bütün gücü ilə müqavimət göstərəcək

11.09.2019 15:41

Lazim gələrsə İran "nüvə sazişi” üzrə üzərinə düşən öhdəliyi daha da azaldacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident Həsən Ruhani bu gün keçirilən nazirlər şurasının iclasında deyib.

Prezident bildirib ki, öhdəliklərin azaldılması istiqamətində atılan 3-cü addım olduqca əhəmiyyətlidir. İran sazişi pozmayıb və haqlı tərəfdir. Buna görə də bütün gücü ilə müqavimət göstərəcək.

Xatırladaq ki, ABŞ birtərəfli qaydada "Nüvə sazişi”ndən çixdıqdan və İrana qarşı sanksiyaları artırdıqdan sonra rəsmi Tehran saziş üzrə üzərinə götürdüyü öhdəliyi azaltmağa başlayıb. Nüvə proqramını bərpa edən İran uranın zənginləşdirilməsi üçün işlərə başlayıb. Məhz İranın bu addımından sonra ABŞ Prezidenti milli təhlükəsizlik məsələləri üzrə müşaviri və İrana qarşı sanksiyalar siyasətinin müəllifi Con Boltonu istefaya göndərdi.

© xezerxeber.az


77 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR