Sürücü 100 km/s sürətində sükan arxasında yatdı - VİDEO

11.09.2019 12:18

"Tesla" sürücüsünün yüksək sürətlə hərəkət edən sükan arxasında yuxuya getdiyini əks etdirən görüntülər internetdə yayılıb.

Videonu paylaşan istifadəçinin sözlərinə görə, o, əvvəlcədən gözlərinə inanmayıb.

Baş verənləri lentə aldıqdan sonra o, siqnalla sürücünü oyatmaq istəyib, lakin müvəffəq olmayıb.

Kadrlarda sürücünün yanında şirin yuxuya gedən sərnişini də görmək olar. Böyük ehtimalla "Tesla" avtopilotda hərəkət edib.

© xezerxeber.az


115 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR