Sami Yusufun "Nəsimi" kompozisiyası böyük marağa səbəb olub - VİDEO

10.09.2019 20:25

Azərbaycan əsilli müğənni Sami Yusufun Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin "Sığmazam" qəzəli əsasında hazırladığı yeddi dəqiqəlik kompozisiya sosial şəbəkələrin əsas gündəmlərindən biri olub.

Xezerxeber.az-ın məlumatına görə, marağa səbəb olan əsər Bakıda Heydər Əliyev Mərkəzində keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində təqdim olunub. Kompozisiyanı Əməkdar artist Təyyar Bayramov və Əməkdar incəsənət xadimi Samirə Əliyevanın ifaları daha da zənginləşdirib.

Təyyar Bayramov deyir ki, layihədə iştirakla bağlı əvvəl onun oğluna dəvət gəlib.

Əməkdar artistin sözlərinə görə, konsertin məşqləri çox gərgin keçib. Məşqlərin gedişi ilə bağlı daim yüksək səviyyədə maraqlanıblar.

Əməkdar icəsənət xadimi, aşıq Samirə Əliyeva isə birinci layihəyə sadəcə olaraq saz ifa etmək üçün dəvət olunduğunu qeyd edib.

Aşığın sözlərinə görə, bu layihə çox ciddi və məsuliyyətli olub. Hər kəsin üzərinə isə böyük öhtəlik düşüb.

Qeyd edək ki, "Nəsimi" adlandırılan ifa Sami Yusufun rəsmi "Youtube" kanalına yerləşdirilib. 14 saat ərzində 100 mindən çox baxış sayı toplayıb. Mahnı ilə bağlı paylaşım edən Sami Yusuf bildirib: "Sonuncu mahnım "Nəsimi"ni təqdim etdiyimə görə çox xoşbəxtəm. Bu musiqi qəlbimə yaxındır və indiyədək olan ən yaxşı işlərimdən biridir. Burada yüksək enerjili səslər, çox istedadlı 57 nəfərlik orkestr və ovsunlayıcı vokallar çalışıb. Şeir sevgi və tolerantlığı əks etdirən 14-cü əsrdə Azərbaycanın əfsanəvi şairi olmuş Nəsiminindir".

Layihə Bakıda İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi çərçivəsində həyata keçirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






217 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR