Mənzil daxilində istilik sistemində dəyişiklik etmək olarmı? - RƏSMİ CAVAB - VİDEO

10.09.2019 19:47

Mənzil daxilində istilik xəttini kəsmək və ya sistemində dəyişiklik etmək qanunla qadağandır.

Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı "Azəristiliktəchizat" ASC çoxmənzilli binalarda yaşayan sakinlərə xəbərdarlıq edib.

Qurumun Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev "Xəzər Xəbər"ə açıqlamasında deyib ki, bu halla qarşılaşan şəxslər bina mülkiyyətçisinə və ya "Azəristiliktəchizat"a məlumat verə bilərlər. Qurum da həmin mənzil sahibini qanun pozuntusuna görə məhkəməyə verəcək. Və bununla da qanunu pozan ev sahibi etdiyi dəyişikliyi düzəltməyə məcbur qalacaq.

Rafiq Əliyevin sözlərinə görə, binada hər hansı mənzil sahibi mərkəzi istilik sisteminin evindən keçən hissəsini kəsdikdə, bu, yuxarı mərtəbələrdəki bütün mənzillərin istiliklə təmin olunmasına maneə yaradır.

Yaxud da mənzil sahibi evində dəyişiklik edərkən mərkəzi istilik xəttinin yerini dəyişərsə, bu da qonşu mənzillərə gedən istiliyin keyfiyyətini aşağı salır.

Qeyd edək ki, "Azəristiliktəchizat" ASC 550 qazanxana və istilik məntəqəsindən 222-də məsafədən nəzarət cihazları quraşdırıb. Bu sistem vasitəsilə ölkənin bütün ərazilərindəki qazanxana və istilik məntəqələrinə bir mərkəzdən nəzarət etmək mümkündür. Cihazlar mərhələli şəkildə bütün qazanxana və istilik məntəqələrinə quraşdırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






183 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR