Uşaq bağçalarında yoxlamalar aparılır - VİDEO

09.09.2019 20:12

Azərbaycanda 5 yaşadək uşaqların 15 faizində dəmir çatışmazlığı var.

Xezerxeber.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Qida Təhülükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

O bildirib ki, dəmir çatışmazlığı dəmir-defisitli anemiyaların yaranmasına səbəb olur. Bu isə xüsusi həssas əhali qrupunun - qadınların sağlamlığına, dünyaya gətirdikləri uşaqların immun sisteminin zəif olmasına, daha çox infeksiyalara məruz qalmasına, fiziki və intellektual inkişaflarına mənfi təsir göstərir.

Agentlik sədri qeyd edib ki, hazırda mövcud problemin aradan qaldırılması böyük əhəmiyyət kəsb edir və bu istiqamətdə addımlar atılır.

O, qida zəhərlənmələri faktlarının araşdırılması zamanı ortaya çıxan nəticələr barədə də məlumat verib. Bildirib ki, qida zəhərlənmələri faktlarının təxminən 95 faizinin laborator ekspertiza göstəricilərində insanların şəxsi gigiyena qaydalarına əməl etmədiyi məlum olub. Agentlik sədri həmçinin hazırda uşaq bağçalarında yoxlamaların aparıldığını da deyib.

Qoşqar Təhməzli onu da bildirib ki, uşaq bağçaları və məktəblərdə uşaqlar üçün qida rasionunun hazırlanması ilə bağlı təkliflər Nazirlər Kabinetinə təqdim edilib. Təklif olunan qida rasionunda uşaq bağçalarında və məktəblərdə yeniyetmə yaşına qədər olan uşaqların qidalanmasının necə olması qeyd edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






192 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR