“Gmail” qrammatik səhvləri düzəldəcək

23.08.2019 10:56

"Google” şirkəti "Smart Reply” adlı süni intellekt texnologiyasını "Gmail” elektron məktublar xidmətinə inteqrasiya edir. Məlumata görə, sözügedən texnologiya istifadəçilərin qrammatik səhvlərini düzəltməyə kömək edəcək.

XəzərXəbər "ICTnews”a istinadən xəbər verir ki, süni intellekt real vaxt rejimində elektron məktubların mətnini təhlil edərək səhvlərin düzəlişi üçün öz variantlarını təklif edəcək. Mətndə tez-tez rast gəlinən qrammatik səhvlər qırmızı, mümkün səhvlər isə göy rənglə fərqləndiriləcək.

Bundan əvvəl "Google” şirkəti "Smart Reply” texnologiyasını sınaq rejimində "Google Docs” xidmətində tətbiq edib. Kompüter təliminə əsaslanan texnologiya müxtəlif tipli məktub və mətnlərdən ibarət məlumat bazalarını təhlil edir.

Hələ ki yeni funksiya yalnız ingilis dilini dəstəkləyən "Google G Suite” bulud xidmətinin istifadəçiləri üçün əlçatandır. İnternet nəhənginin rəsmisi yaxın vaxtlarda bu sistemin digər istifadəçilər üçün də əlçatan olacağına söz verib.

© xezerxeber.az


234 dəfə oxunub

XƏBƏRLƏR

19.02.2020 09:28

Neft yenidən bahalaşıb

ÇOX OXUNANLAR