Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Yol polisləri yeni uniformada - VİDEO

19.08.2019 19:22

Bir neçə gündür ki, yol polisləri yeni uniforma ilə xidmət aparırlar.

Xezerxeber.az-ın məlumatına görə, yeni formalar ilk olaraq Bakının mərkəzi hissəsində xidmət həyata keçirən yol polisi əməkdaşlarına paylanılıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə, polisin yen yay geyimi əvvəlkindən çox fərqlənir.

Yol-patrul xidməti əməkdaşlarına verilən yeni köynək əvvəlki kimi ağ deyil. Köynəyin üzərində qırmızı zolaq yerləşdirilib. Köynəyin materialı və dizaynı da əvvəlkilərdən fərqlənir.Yeni formada yol-patrul xidməti əməkdaşının kəmərinin rəngi isə əvvəlki kimi ağ olsa da, materialı dəyişib.

Paytaxtın bütün rayon dövlət yol polis şöbələrinin əməkdaşları artıq yeni formada xidmət apararılar. Bundan sonra mərhələli şəkildə respublika üzrə bütün yol polisi əməkdaşlarına yeni formaların paylanılması həyata keçiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






341 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR