Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Nigeriyada iki gəminin toqquşması nəticəsində ən azı 3 nəfər ölüb

14.08.2019 21:48

Nigeriyada iki sərnişin gəmisinin toqquşması nəticəsində ən azı 3 nəfər ölüb, daha iki adam itkin düşüb. 

Xezerxeber.az Sinxua agentliyinə istinadən xəbər verir ki, insident ölkənin ən iri şəhərlərindən biri olan Laqosun sahillərində baş verib.

Laqos şəhərinin Su nəqliyyatı idarəsinin rəisi Oluvadamilola Emmanuel jurnalistlərə müsahibəsində bildirib ki, göyərtələrində 18 nəfər olan iki sərnişin gəmisi Oco ştatındakı İreve çayının mənşəyində toqquşub. Onun sözlərinə görə, dalğıclar suya düşən 13 nəfəri xilas edə biliblər, bir qadın və azyaşlı isə itkin düşüblər.

İlkin məlumata görə, insidentin səbəbi su nəqliyyat vasitələrinin ehtiyatsız idarə olunması və sürət həddinin aşılmasıdır.

© xezerxeber.az


82 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR