Ucarın Çiyni kəndində peyda olan əcaib varlıq sakinləri təşvişə salıb - VİDEO

14.08.2019 19:17

Ucar rayonunun Çiyni kəndinin sakinləri bir neçə gündür ki, qəribə varlıqla üzləşdiklərini deyirlər.

Xezerxeber.az-ın məlumatına görə, kənddə peyda olan əcaib varlıq insanları təşvişə salıb.

Kənd sakinləri iddia edir ki, bir neçə gündür kənddə qəribə varlıq ortaya çıxıb. Xüsusən də gecələr həyətlərə girir, küçələrdə insanların qabağına çıxır. İnsanlar başdan ayağa tüklü olan bu canlının nə olduğunu müəyyən edə bilmirlər. O, həm də çox sürətlə qaçır.

Sakinlər deyir ki, onlar ehtiyat etdiyindən gündüzlər əllərində ağac parçaları ilə gəzirlər. Onların sözlərinə görə, naməlum varlıq hündür divarlara da dırmaşır.

Sakinlər bununla bağlı polisə də müraciət ediblər. Rayon polis şöbəsindən "Xəzər Xəbər"ə verilən məlumata görə, kəndə polis əməkdaşları cəlb olunub. Gecə saatlarında da kənddə yoxlamalar aparılır. Çiyni kənd icra nümayəndəsi Vüqar Zeynalov da "Xəzər Xəbər"ə bildirib ki, vətəndaşlarla söhbətlər aparılıb. Onlara gecə saatlarında tək gəzməmələri tövsiyə olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






1884 dəfə oxunub

XƏBƏRLƏR

25.08.2019 16:51

Gədəbəydə ev yanıb

ÇOX OXUNANLAR