Bakıda avtomobil qaçırılıb

14.08.2019 17:16

Paytaxtın Nizami rayonunun C.Naxçıvanski küçəsində yerləşən avtoyuma məntəqəsindən Bakı şəhər sakini M.Menzeleyevə məxsus "Hyundai” markalı avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, Baş Dövlət Yol Polisi İdarəsinin Qaradağ rayonu ərazisində yerləşən daimi postunda qeyd edilən nəqliyyat vasitəsi saxlanılıb. Onu idarə edən Ucar rayon sakini V.Bağılı avtomobillə birgə aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırmalar aparılır.

© xezerxeber.az


382 dəfə oxunub

XƏBƏRLƏR

24.10.2020 22:19

Tramp erkən səs verdi

ÇOX OXUNANLAR