Bərdədə xəzinədar işlədiyi mağazadan 340 min manat pul mənimsəyib

14.08.2019 13:30

Bərdədə mağazadan külli miqdarda pul oğurlanıb.

Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 10-da rayon ərazisindəki inşaat materialları mağazalarının birindən 340 000 manat pulu götürərək itkin düşən, orada xəzinədar işləyən X.Əliyev saxlanılıb.

O, izahatında işlədiyi mağazadan qeyd edilən məbləği mənimsəməsini etiraf edib.

© xezerxeber.az


151 dəfə oxunub

XƏBƏRLƏR

25.08.2019 16:51

Gədəbəydə ev yanıb

ÇOX OXUNANLAR