Türkiyə və ABŞ XİN rəhbərləri arasında telefon danışığı olub

20.07.2019 18:28

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və ABŞ-ın dövlət katibi Mayk Pompeo arasında telefon danışığı olub. 

Xezerxeber.az Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına istinadən xəbər verir ki, tərəflər Rusiyanın S-400 zenit-raket komplekslərinin tədarükü ətrafında yaranmış vəziyyət, Amerikanın beşinci nəsil F-35 qırıcı təyyarələri, Suriyanın Manbic və İdlib bölgələrində mövcud durum, habelə bu ölkədə təhlükəsizlik zonasının yaradılması məsələlərini müzakirə ediblər.

Bu telefon danışığı Rusiyadan S-400 zenit-raket komplekslərinin hissələrinin Türkiyəyə tədarükünün başlanması, Vaşinqtonun Ankaranın F-35-lərin istehsalı proqramından çıxarılması haqqında bəyanatı, həmçinin Prezident Donald Trampın bu ölkəyə qarşı birtərəfli qaydada sanksiyaların tətbiqi imkanlarının öyrənilməsi barədə məlumatdan sonra iki ölkənin xarici siyasət idarələrinin rəhbərlərinin ilk təmasıdır.

© xezerxeber.az


105 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR