Quldurluqda şübhəli bilinən qrupun digər üzvü də tutulub

20.07.2019 17:11

İyunun 28-də Bakı şəhər sakini A.Rüstəmovun mobil telefonunu və içərisində 441 manat olan pul kisəsini quldurluq yolu ilə almaqda şübhəli bilinən qrupun digər üzvü – paytaxt sakini, əvvəllər məhkum olunmuş Q.Qurbanov Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, iyulun 18-də Abşeron rayonu ərazisindəki evlərdən birinə girib ev sahibəsinin qızıl sırğasını və 350 manat pulunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Ş.Ramazanov isə Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulub.

Hər iki faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


148 dəfə oxunub

ÇOX OXUNANLAR