"Boeing" korporasiyası "737 MAX" təyyarələrinə görə 4,9 mlrd. dollar zərər edib

19.07.2019 10:30

"Boeing” korporasiyası "737 MAX” təyyarələrinin uçuşuna qoyulan qadağa və sifarişlərin ləngiməsi səbəbindən 4,9 mlrd. ABŞ dolları məbləğində zərər etdiyini elan edib.

"APA-Economics”in korporasiyanın yaydığı məlumata istinadən xəbər verir ki, şirkətin hesablamalarına görə, "Boeing 737” təyyarələrinin istehsalının maya dəyəri ilin ikinci rübündə 1,7 mlrd. dollar artıb. "Boeing 737 MAX” laynerlərinin istifadəsinə qoyulan qadağa və onların tədarükünün ləngiməsi səbəbindən ABŞ korporasiyasının itkiləri 4,9 mlrd. dollar təşkil edəcək.

Qeyd edək ki, "Boeing 737 MAX" təyyarələrinin ABŞ və digər ölkələrdə uçuşu ötən ilin noyabr ayında və bu ilin mart ayında sözügedən avialayner modellərinin qəzaya uğramasından sonra qadağan edilib. Bu hadisələrdən sonra 20-yə yaxın ölkə hava məkanlarını bu tipli təyyarələrin uçuşu üçün bağlayıb, bir çox aviaşirkət isə "Boeing 737 MAX 8"in istifadəsindən imtina edib. Hadisələrin səbəblərini araşdırarkən, təyyarənin manevretmənin korrektə sistemində (MCAS) boşluqlar aşkar edilib. Hazırda "Boeing" korporasiyası bu boşluqların aradan qaldırılması istiqamətində işlər görür.

© xezerxeber.az


132 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR