Respublikada bu günədək 3 milyon tondan çox taxıl yığılıb

16.07.2019 16:53

Respublika ərazisində taxıl biçini davam edir. İyulun 16-na olan operativ məlumata görə, ölkə ərazisində 975 min 462 hektar sahədə taxıl biçini aparılıb, 337 min 766 hektar ərazidə arpa, 637 min 696 hektar sahədə isə buğda biçini başa çatıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, bu günədək cəmi taxıl sahələrinin 96,5 faizi biçilib. Ümumilikdə isə indiyədək ölkə üzrə 3 milyon 86 min 495 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,6 sentner təşkil edir.

Abşeron, Ağdam, Ağdaş, Ağstafa, Astara, Ağcabədi, Balakən, Bərdə, Biləsuvar, Beyləqan, Cəlilabad, Cəbrayıl, Füzuli, Naftalan, Hacıqabul, İmişli, İsmayıllı, Kürdəmir, Qazax, Tərtər, Tovuz, Qax, Masallı, Saatlı, Sabirabad, Salyan, Yevlax, Zərdab, Ucar, Yevlax, Göyçay və Neftçalada taxıl biçini başa çatıb.

Ağsu, Xaçmaz, Qəbələ, Oğuz və Şəki rayonlarında isə taxıl biçini başa çatmaq üzrədir. Şəki ərazisində arpa əkilmiş 21 min 655 hektar sahə, buğda əkilmiş 46 min 94 hektar zəminin isə 45 min 696 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 34,2 s/ha, buğda üzrə məhsuldarlıq isə 35,1 s/ha təşkil edir.

Xaçmaz ərazisində arpa əkilmiş 5786 hektar sahə və buğda əkilmiş 19 min 223 hektar zəminin isə 18 min 226 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 30,0 s/ha, buğda üzrə məhsuldarlıq 34,7 s/ha təşkil edir.

Naxçıvan Muxtar Respublikasında, Şəmkir və Qusar rayonlarında da taxıl biçinində yüksək nəticələr əldə olunub.

© xezerxeber.az


121 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR