Azərbaycanla Əfqanıstanın ticarət dövriyyəsi artıb

16.07.2019 13:53

Cari ilin yanvar-may aylarında Azərbaycanla Əfqanıstanın ticarət dövriyyəsi 15 faiz artıb.

Bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev iyulun 16-da Bakıda keçirilən Azərbaycan-Əfqanıstan İşçi Qrupunun iclasında deyib.

Nazir qeyd edib ki, ötən il iki ölkənin ticarət dövriyyəsinin həcmi 71,5 milyon dollar olub, bu da 2017-ci illə müqayisədə 37 faiz çoxdur.

© xezerxeber.az


192 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR