Gömrük Komitəsi bu il dövlət büdcəsinə 2 milyard manatdan çox vəsait köçürüb

16.07.2019 13:35

Bu ilin yanvar-iyun aylarında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 2 milyard 65 milyon 160 min manat olub.

Komitədən xezerxeber.az-a bildirilib ki, altı ayda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 483 milyon 957 min manat, əlavə dəyər vergisi üzrə 1 milyard 424 milyon 239 min manat, aksizlər üzrə 136 milyon 798 min manat, yol vergisi üzrə isə 20 milyon 165 min manat təşkil edib.

© xezerxeber.az


91 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR