Sabahın hava proqnozu açıqlandı

12.07.2019 13:04

İyulun 13-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən xezerxeber.az-a bildirilib ki, gecə saatlarında yarımadanın bəzi yerlərində şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 26-31,
Bakıda gecə 22-24, gündüz 28-30 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 751 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 50-55 faiz olacaq. Abşeron çimərliklərində gözlənilən hava şəraiti Güclü şimal-qərb küləyi əsəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı,
Nardaran, Bilgəh, Zaqulba) 22-23, cənub çimərliklərində (Türkan, Hövsan,
Sahil, Şıx) 23-24 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında
İyulun 13-də bəzi yerlərdə şimşək çaxacağı, əsasən dağlıq və dağətəyi
rayonlarda arabir yağış yağacağı, leysan xarakterli intensiv olacağı gözlənilir.
Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 21-25, gündüz 31-36, dağlarda gecə 12-17, gündüz
18-23 dərəcə isti təşkil edəcək.

© xezerxeber.az


373 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR