Bu gün “Avro 2020”nin oyunlarına bilet satışının birinci mərhələsinə yekun vurulacaq

12.07.2019 13:00

İyulun 12-də futbol üzrə Avropa çempionatının oyunlarına bilet satışının birinci mərhələsinə yekun vurulacaq.

Xezerxeber.az xəbər verir ki, 2020-ci il iyunun 12-dən iyulun 12-dək keçiriləcək çempionatın oyunları 12 ölkədə təşkil olunacaq. Qarşılaşmalara Amsterdam, Bakı, Bilbao, Buxarest, Budapeşt, Kopenhagen, Dublin, Qlazqo, London, Münxen, Roma və Sankt-Peterburq şəhərləri ev sahibliyi edəcək.

Avropa çempionatının 60 illik yubileyinə həsr olunan bu turnirin oyunlarına rekord sayda – üç milyon bilet satışa çıxarılıb. Biletlərin satışa çıxarıldığı ötən dörd həftə ərzində 204 ölkədən 14 milyon müraciət qeydə alınıb. Bilet satışında ən çox müraciət edən ölkələr İngiltərə, Macarıstan, Almaniya, Hollandiya və Rusiya olub.

Bütün biletlər internet vasitəsilə euro2020.com/tickets veb-səhifəsində satışa çıxarılıb.

© xezerxeber.az


86 dəfə oxunub

XƏBƏRLƏR

17.07.2019 12:37

Ət idxalı artıb

ÇOX OXUNANLAR