Əfqanıstanda 13 yaşlı kamikadze toy mərasimində özünü partladıb

12.07.2019 12:18

Əfqanıstanda 13 yaşlı kamikadze toy mərasimində özünü partladıb. 

Xezerxeber.az xarici mediaya istinadən xəbər verir ki, insident nəticəsində mərasimdə iştirak edən 5 nəfər ölüb, 11 adam isə yaralanıb.

Agentliyin məlumatına görə, terror aktı Əfqanıstanın Nanqarhar vilayətində törədilib. Yerli polis idarəsinin məlumatında deyilir ki, yeniyetmə kamikadzenin əsas hədəfi partlayış nəticəsində həlak olmuş hökumət milis dəstəsinin komandiri və toy mərasiminin sahibi Malik Toor olub.

Terror aktına görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

© xezerxeber.az


178 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR