MMA döyüşçüsü rəqibini balta ilə yaraladı - VİDEO

12.07.2019 09:59

Qarışıq idman növləri üzrə (MMA) rusiyalıidmançı Maksim Novosölov sparrinq-partnyoru Andrey Knyazevi məşq zamanı balta ilə yaralayıb. Həmin anın videosunu "Daily Mail” nəşri yayımlayıb.

Belə ki, Knyazevlə döyüşən Novosölov onun qalxanını sındıraraq sağ qoluna xəsarət yetirib. Nəticədə Knyazevin yarasından qan açılıb.

"Biz qeyri-adi bir şey etmək istəyirdik, amma alınmadı. Mən xəstəxanaya düşdüm. Burada əlimə iki tikiş qoydular. Baş verənlərdən sonra məndə yara izi qaldı”, - Knyazev danışıb.

Məlumat üçün bildirək ki, M. Novosölov MMA-da 11 döyüş keçirib. Onlardan səkkizi döyüşçünün qalibiyyəti, ikisi məğlubiyyəti, biri isə heç-heçə ilə bitib. ("Qafqazinfo”)

© xezerxeber.az


77 dəfə oxunub

XƏBƏRLƏR

17.07.2019 12:37

Ət idxalı artıb

ÇOX OXUNANLAR