“Tüpraş” holdinqi İrandan tədarükü dayandırıb

11.07.2019 22:35

Türkiyənin əsas xam neft idxalçısı olan "Tüpraş” holdinqi İrandan neft tədarükünü dayandırıb.

Xezerxeber.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, buna səbəb ABŞ-ın sanksiyalarıdır.

Rəsmi Vaşinqton İrana sanksiyaları çərçivəsində keçən ilin noyabrda bu ölkədən neft alan və aralarında Türkiyənin də olduğu 8 dövlətə güzəşt tətbiq etmişdi. Lakin bu il mayın 2-dən həmin güzəştin ləğvi ilə əlaqədar "Tüpraş”ın İrandan neft tədarükünü dayandığı bildirilir.

Xatırladaq ki, 2018-ci ildə İran Rusiya və İraqla birgə Türkiyənin ən çox neft idxal etdiyi 3 ölkədən biri olub.

© xezerxeber.az


171 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR