Dizayn ixtisasına qəbul üzrə qabiliyyət imtahanları başlayıb - REPORTAJ - VİDEO

11.07.2019 20:49

Dizayn ixtisasına qəbul üzrə qabiliyyət imtahanları başlayıb.

Xezerxeber.az-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlar iyul ayının 12-nə qədər davam edəcək. İki mərhələdən ibarət olan qabiliyyət imtahanına əvvəlki illərə nisbətən bu il daha çox abituriyent maraq göstərir.

Saatlarla qara qələmlə üzərində işlədikləri rəsmlər onların həyatlarının ən önəmli mərhələsini həll edir.

Təqdim edilən nümunəyə baxaraq onu kağız üzərinə köçürdürlər. 1300-ə yaxın abituriyent 320 plan yeri uğrunda mübarizə aparır.

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən dizayn ixtisası üzrə qabiliyyət imtahanında bu il daha çox abituriyent iştirak edir. Əvvəlki illərdən fərqli olaraq abituriyentlərə imtahan üçün iki seçim təqdim edilib.

Hər il dizayn sahəsində mütəxəssislərə tələbatın çoxalması bu sahəyə marağı da artırıb. İmtahan isə kimi üçün asan, kimi üçün çətin keçdi. Bəziləri onlara təqdim edilən imtahan nümunələrinin asan olduğunu desə də, bəziləri də saatlar vaxt sərf etdi.

Ümumilikdə, imtahandan bir nəfər xaric edilib. Yekun ballar isə imtahan keçirilən gün axşam saatlarında elan olunur. Nəticələrdən narazı qalanların müraciətinə bir gün ərzində baxılır. İmtahanlar ayın 12-nə qədər davam edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






474 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR