İcbari tibbi sığortanın kütləvi tətbiqi ilə bağlı aparılan hazırlıq işləri yekunlaşır - VİDEO

11.07.2019 19:29

İcbari tibbi sığortanın xidmətlər zərfinə süni mayalanma və orqan köçürmələri ilə bağlı məsələlər əlavə oluna bilər. Bununla bağlı çoxsaylı müraciətlər nəzərə alınaraq, xidmətlər zərfinə müəyyən dəyişikliklər edilib.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

Zaur Əliyev onu da bildirib ki, paytaxtdan həkimlər bölgələrə ezam olunacaq. Artıq bununla bağlı layihə üzərində işlənilir. Bölgələrə işləmək üçün gedən həkimlərə əlavə ödənişlərin olması ilə bağlı təkliflər müzakirə edilir. Məqsəd rayon sakinlərinin müalicə üçün Bakıya gəlməmələrini təmin etməkdir. Zaur Əliyev gələn ildən həkimlərin maaşlarında ikihissəli artımın olacağını da bildirib.

Qurum rəhbəri deyib ki, bütün tibb məntəqələrində icbari tibbi sığortanın gələn ildən tətbiqi ilə bağlı hazırlıq işləri aparılır.

Zaur Əliyevin sözlərinə görə, icbari tibbi sığorta ilə bağlı bütün sənədlərin sentyabr ayında təsdiqlənməsi gözlənilir.

Qeyd edək ki, bu gün "Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" tvininq layihəsinin bağlanış mərasimi keçirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






145 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR