Sançeş qərarını verdi: "Bayern"dən gedir

25.06.2019 17:48

Portuqaliya millisinin üzvü Renatu Sançeş "Bayern"dən ayrılmaq istədiyini açıqlayıb.

XəzərXəbər "A Bola"ya istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi daha çox oynaya biləcəyi kluba getmək istədiyini söyləyib:

"Bayern"dən icarə ilə deyil, birdəfəlik ayrılmaq istəyirəm. Daha çox futbol oynaya biləcəyim kluba getməliyəm. Üzərimdə çox çalışdım, ancaq "Bayern"də oynamaq fürsəti az qazandım. Artıq bundan yoruldum".

Münhen klubu portuqaliyalı futbolçunu 2016-cı ildə "Benfika"dan 35 milyon avroya transfer etmişdi. Sançeş2017/18 mövsümünü İngiltərə Premyer Liqa təmsilçisi "Suonsi Siti"də keçirmişdi. Ötən mövsüm Mühnen klubuna qayıdan futbolçu 24 oyuna 2 qol vurub, 3 assist edib.

© xezerxeber.az


166 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR