"San Siro" sökülür - yeni stadion tikiləcək

25.06.2019 17:43

İtaliyanın Milan şəhərində yerləşən"San-Siro" stadionu söküləcək.

XəzərXəbər xəbər verir ki, bu stadionda ev oyunlarını keçirən "Milan" və "İnter" yeni arenanın tikilişinə başlayacaq.

"Milan"ın prezidenti Paolo Skaroni jurnalistlərə açıqlamasındayeni stadionun layihəsinə 700 milyon avro xərclənəcəyini açıqlayıb. Stadion80 min azarkeş tutumuna malik olacaq və 2022-ci ildə açılışı olacaq.

Qeyd edək ki, 80 min 18 nəfər azarkeş tutumuna malik olan "San-Siro" 1926-cı ildən fəaliyyət göstərir."Milan" 1926-cı ildən, "İnter" isə 1947-ci ildən bu arenada oyunlarını keçirir.

© xezerxeber.az


262 dəfə oxunub

ÇOX OXUNANLAR