"Çelsi" "Barselona"nın transfer təklifinə rədd cavabı verdi

18.06.2019 15:50

"Barselona" "Çelsi"nin braziliyalı futbolçusu Villianı transfer etmək üçün hərkətə keçib.

"Sky Sports" xəbər verir ki, kataloniyalılar 30 yaşlı vinger üçün London təmsilçisinə 40 milyon avro təklif edib. İki dönəmlik transfer cəzası alan "zadəganlar" təklifi rədd edib.

Villian 2013-cü ildən "Çelsi"də çıxış edir. Braziliya millisinin üzvü ötən mövsüm 56 oyuna 8 qol vurub, 14 assist edib.

© xezerxeber.az


126 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR