Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Dünyanın 20 supergücü BİR ARAYA GƏLİR - Planetin taleyi həll olunacaq

18.06.2019 15:25

28-29 iyun tarixlərində Yaponiyanın Osaka şəhərində G20 sammitinin növbəti sessiyası baş tutacaq.

Dünya iqtisadiyyatının 80, dünya ticarətinin 75 faizini, dünya əhalisinin üçdən ikisini əhatə edən G20-nin inkişaf etmiş və etməkdə olan ölkələrinin liderləri Osaka Zirvəsində 14-cü dəfə bir araya gələcək.

Dünyanın 20 ən güclü iqtisadiyyatını bir araya gətirən sammitdə dünya liderləri ABŞ prezidenti Donald Trampın "Öncə Amerika” siyasətindən qaynaqlanan hərəkətlərinə qarşı "ticarəti daha da sərbəstələşdirmə” mövqeyini masaya qoyacaq.

Həmçinin, qlobal ticarətdə müdafiənin artması, məşğulluq, qlobal məlumatların idarə edilməsi, inkişaf üçün infrastruktur, qlobal səhiyyə, iqlim dəyişikliyi, əhalinin yaşlanması, qlobal iqtisadi balansın pozulması, rəqəmsal iqtisadiyyatın vergiləndirilməsi, ticarət və geosiyasi gərginliklər gündəmə gətiriləcək. Dünya liderləri qlobal ticarət ixtilaflarını həll etməyə çalışacaq.

G20-nin müvəqqəti rəhbərliyini 1 dekabr 2018-ci ildə Argentinadan alaraq qlobal problemlər məsələsində işləməyə başlayan Yaponiya qlobal iqtisadiyyat, ticarət və sərmayə, innovasiya, ətraf mühit və enerji, məşğulluq, qadınların güclənməsi, inkişaf və səhiyyə kimi 8 ana başlıq altında gündəmlər hazırlayıb.

Qlobal məlumatların idarəsu mövzusunda G20 Osaka Zirvəsinin inqilab yaratmasını istəyən Yaponiya zirvədə qlobal ninformasiyanın idarə olunmasında ciddi addımların atılaraq qlobal ticarət müharibələrinin şəraitinin dəyişməsini hədəfləyir. Yaponiya informasiyanın özəl və ya ictimai mülkiyyətə daxil olması, yapon elm adamları tərəfindən tövsiyə olunan bilgi toplumundan super-ağıllı topluma keçidi ifadə edən "Toplum 5,0”ın müzakirə olunmasını da gözləyir.

Rəsmi Pekin sözügedən zirvədə okeanlardakı plastik çirklənmənin azaldılması mövzusunun əsas problem kimi müzakirəsini istəyir.

Analitiklər, ABŞ prezidenti Donald Trampın "Öncə Amerika” siyasətindən qaynaqlanan, təhdid tərkibli və əsasslz açıqlamalarının qlobal ticarəti çətinliyə salaraq dünyadakı qeyri-müəyyənliyi artırdığını bildirir. G-20 Liderlər Zirvəsinə 3-cü dəfə qatılacaq Donald Trampın isə sərbəst ticarət, qlobal iqtisadi balanssızlıq, iqlim dəyişikliyi, miqrant böhranları və qaydalara əsaslanmış çoxtərəfli qlobal ticarət sistemi məsələlərində dünya liderlərinə qarşı göstərəcəyi davranış maraq dairəsindədir.

Liderlərin ticarət ixtilaflarının həlli, sərbəst ticarət, maliyyə bazarlarının analizi, məşğulluq, iqlim dəyişikliyi, infrastrukturun inkişafı, terrorizm, miqrasiya məsələlərinə diqqəti istiqamətləndirmələri və üzərlərinə öhdəlik götürmələri gözlənilir.

Qlobal problemlərə həll yolunun tapılması hədəflənən G20 Zirvəsinə sadəcə iqtisadi və maliyyə məsələləri deyil, xüsusilə, ikili görüşlərdə qaçqın böhranı, Avropada radikal sağçıların yüksəlişi, qlobal iqtisadiyyatı təhdid edən qeyri-müəyyənlik qaynaqları arasında göstərilən geosiyasi gərginliklər və Böyük Britaniya ilə Avropa İttifaqının gələcəyinin müzakirəsinin damğa vuracağı gözlənilir.

Ötən il Argentinada təşkil edilən G20 sammitində Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətini inkişaf etdirmək üçün islahatlar keçirilməsinə dəstək verilmişdi. Osakada bu istiqamətdə aparılan işlərə də diqqət yetiriləcək.

Qeyd edək ki, G-20-də ABŞ, Yaponiya, Almaniya, Türkiyə, Fransa, İngiltərə, İtaliya, Kanada, Argentina, Avstraliya, Braziliya, Çin, İndoneziya, Hindistan, Meksika, Cənubi Koreya, Cənubi Afrika, Səudiyyə Ərəsbistanı, Rusiya və qurum olaraq Avropa İttifaqı yer alır.

Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Maliyyə Sabiltiyi Qurumu, İqtisadi Əməkdaşlıq və İnkşaf Təşkilatı, Dünya Ticarət Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı və Birləşmiş Millətlər G20 zirvələrində mütəmadi olara iştirak edir. Sammitə İspaniya daimi olaraq qonaq kimi dəvət edilir. Yaponiya bu dəfə müvəqqəti rəhbər kimi Vyetnam, Hollandiya və Sinqapuru dəvət edib.

Qeyd edək ki, 2020-ci ildə ərəb dünyasında ilk dəfə Səudiyyə Ərəbistanı G20 Liderlər Zirvəsinə ev sahibliyi edəcək./publika.az

© xezerxeber.az


209 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR