Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Nazirlik Bakıda 3 nəfərin öldüyü hadisə ilə bağlı məlumat yaydı

18.06.2019 14:30

Daxili İşlər Nazirliyi dünən Qaradağ rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.

XəzərXəbər nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 17-də saat 17 radələrində Bakı-Qazax yolunun 22-ci km-də Qaradağ rayonu ərazisində Bakı şəhər sakini H.Mirzəyev idarə etdiyi "Toyota Prado” markalı avtomobili qarşıda gedən paytaxt sakini Mehman Ağayevin idarə etdiyi "Ford” markalı mikroavtobusa vurub və zərbədən "Ford” markalı avtomobil yol ayırıcısına çırpılaraq aşıb. Nəticədə mikroavtobusdakı sərnişinlərdən Hindistan vətəndaşları - Jayachandran Prasad, Madhavan Muthukumar və Maruthamuthu Gopal hadisə yerində ölüb, Banqladeş vətəndaşları Ruhula Amin, Allan Zahangir, Muhammel Arşad, habelə "Toyota Prado”dakı sərnişin, Bakı şəhər sakini Q.İbrahimova xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

© xezerxeber.az


214 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR