Yük avtomobili sol zolaqla şütüyür - VİDEO

17.06.2019 20:41

Yük avtomobilinin sürücüsü yolda sağ zolaqla hərəkət etməli olduğu halda sol zolaqla şütüyür. Bununla yanaşı, sürücü avtomobilini yüksək sürətlə də idarə edərə edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozur.

Hadisə Paytaxtın Ziya Bünyadov prospekti Dərnəgül şosessində baş verib.

Arxada hərəkət edən avtomobilin sürücüsü görüntüləri qeydə alaraq ''Xəzər xəbər''in votsap nömrəsinə göndərib. O, iddia edir ki, yük avtomobilinin sürücüsü sol zolaqla hərəkət edərək digər nəqliyyat iştirakçılarına təhlükəli vəziyyət yaradıb.

Görüntülərlə tanış olan Yol Hərəkəti üzrə ekspert Azər Allahverənovun sözlərinə görə, belə vəziyyətdə yük avtomobilinin sürücüsü Yol Hərəkəti Haqqında qanunun 49 və 50-ci maddələrini kobud şəkildə pozub.

Belə vəziyyətdə isə həmin sürücünü 40 manat miqdarında cərimə gözləyir.Yük avtomobilinin sürücüsünün qayda pozması təkcə bununla yekunlaşmır.Azər Allahverənov bildirdi ki,sürücü həm də nəzərdə tutulan sürət həddinə də əməl etmir.

Qeyd edək ki,Yol Hərəkəti Haqqında qanuna görə,icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri yaşayış məntəqələrindən kənarda,avtomagistrallarda - saatda 90 kilometrdən çox olmayan sürətlə, başqa yollardaisəsaatda 70 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər.

© xezerxeber.az


447 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR