Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Yaşayış olmayan ərazidə ötmə əməliyyatı qadağası - VİDEO

15.06.2019 20:33

Masallıda yaşayış olmayan ərazidə ötmə əməliyyatı qadağan edilib.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Masallı-Yardımlı yolunun Masallının Qəriblər kəndindən keçən hissəsindən gedir.

Yaşayış məntəqəsi bitən kimi maksimum sürətin saatda 60 kilometr olması ilə bağlı nişan qoyulub. Ardınca isə ötmə əməliyyatını qadağan edən yol nişanı quraşdırılıb. Sürücülər və kənd sakinləri yaşayış məntəqəsinin olmadığı 6 kilomterlik məsafədə ötməyə icazə verilməməsini düzgün hesab etmədiklərini deyirlər.

Sakinlər bildirirlər ki, bəzən öndə həddən artıq aşağı sürətlə hərəkət edən nəqliyyat vasitələri gedir. Nişanın tələbinə görə də 6 kilometr yolu onunla eyni sürətdə getməli olurlar.

Məsələ ilə bağlı Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsindən "Xəzər Xəbər"ə bildirildi ki, sözügedən yol nişanı əraziyə qanunun tələbi ilə zərurət əsasında qoyulub. Sürücülər də həmin işarənin tələbinə riayət etməldirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






319 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR