Cənubi afrikalı futbolçu "Qarabağ"a keçəcək?

12.06.2019 14:42

Cənubi Afrika Respublikasının "Kayzer Çifs" klubundan ayrılan Hendrik Eksteini transfer etmək istəyən Azərbaycan klubunun adı müəyyənləşib.

"Soccer Laduma" nəşri xəbər verir ki, 28 yaşlı futbolçunun agenti Mxize Paleza açıqlamasında "Qarabağ"dan təklif aldıqlarını deyib:

"Eksteinə digər yerlərdən də təklif var. Klublardan biri müqavilə imzalamaq üçün ciddi maraq göstərdi. Gecələrbelə oyunçunun təmsilçilərinə zəng edirlər. Klub Azərbaycanı təmsil edir. Ölkənin ən yaxşı komandasıdır. Söhbət Dino Ndlovunun keçmiş klubu "Qarabağ"dan gedir".

Cənubi afrikalı hücumameyilli futbolçu ilə ölkəsinin"Orlando Payrets" klubu da maraqlanır.

Hendrik Ekstein 2014-cü ildən "Kayzer Çifs"də çıxış edirdi.

© xezerxeber.az


177 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR