Nikola Yurçeviç istefaya göndərilir

12.06.2019 14:37

AÇ-2020-nin seçmə mərhələsində keçirdiyi üç oyuna xal qazanmayan Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç istefaya göndərilə bilər.

Sportal.az saytının əldə etdiyi məlumat görə, ötən gün Slovakiya ilə matçdan (1:5) sonra xorvatiyalı mütəxəssislə AFFA rəhbərliyi və İcraiyyə Komitəsi uzun söhbət edib.

Yurçeviç çətin qrupda mübarizə apardıqlarını və rəqiblərlə müqayisədə zəif və materialsız olduğunu qabardıb.

AFFA-nın rəsmi saytında 52 yaşlı mütəxəssisdən hesabat tələb olunacağı bildirilib. Əldə etdiyimiz məlumata görə, federasiya Yurçeviçlə yola davam etmək istəmir. Azarkeşlərin və futbol ictimaiyyətinin ayağa qalxması federasiya üçün ciddi siqnal olub. Bu səbəbdən də yaxın günlərdə Yurçeviçin müqaviləsinə xitam veriləcəyi gözlənilir.

Nikola Yurçeviç ilin əvvəlində Azərbaycan millisinin baş məşqçi postuna keçib.

© xezerxeber.az

FOTOQALERIYA






147 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR