Cəlilabadda dəhşət - Uşaq atasının maşını altında qalaraq öldü

12.06.2019 11:41

Cəlilabad rayonunda azyaşlı uşaq maşın altında qalaraq dünyasını dəyişib.

XəzərXəbər Report-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Sabirabad kəndində baş verib.

Kənd sakini Nicat Əliyev həyətin qarşısında saxladığı "Qazel” markalı avtomobili hərəkətə gətirərkən, 11 yaşlı oğlu Samir Əliyevi görməyib. Nəticədə azyaşlı oğlu maşının altında qalaraq hadisə yerində dünyasını dəyişib.

Fakla bağlı araşdırma aparılır.

© xezerxeber.az


149 dəfə oxunub

XƏBƏRLƏR

16.06.2019 18:25

Salah yekun qərar verdi

ÇOX OXUNANLAR