Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

ABŞ Prezidentinin səfəri ilə bağlı Tokioda yüksək səviyyəli təhlükəsizlik tədbirləri görülüb

25.05.2019 17:50

ABŞ Prezidentinin səfəri ilə bağlı Tokio polisi tərəfindən yüksək səviyyəli təhlükəsizlik tədbirləri görülüb.

AZƏRTAC yeri KİV-lərə istinadla xəbər verir ki, bu məqəsədlə 25 mindən çox polis əməkdaşı bütün sutka ərzində təhlükəsizliyi qoruyacaq.

ABŞ səfirliyinin yaxınlığında və ətraf küçələrdə növbətçi polis maşınları diqqəti cəlb edir. Küçələrin kəsişmələrində avtomobillərin hərəkətinə maneə yaratmaq üçün xüsusi sədlər quraşdırılıb.

Müxtəlif yerlərdə, o cümlədən ABŞ Prezidentinin səfər çərçivəsində ziyarət edəcəyi obyektlərin yaxınlığında buraxılış-nəzarət məntəqələri yaradılıb.

Paytaxtın bir sıra sürətli yollarının girişinin D.Trampın kortecinin hərəkəti ilə bağlanacağı da bildirilir.

Tokio polisi paytaxt sakinlərinə müraciət edərək təhlükəsizlik tədbirləri ilə bağlı yaranacaq narahatlığa görə üzr istəyib.

© xezerxeber.az

FOTOQALERIYA






87 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR